Şeydayevin komandası Asiya Çempionlar Liqasında uduzdu
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Asiya Çempionlar Liqasında 2-ci tur oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Tailand təmsilçisi səfərdə “Kofu” (Yaponiuya) ilə qarşılaşıb. Görüş Yaponiya klubunun qələbəsiylə başa çatıb – 1:0.
Start heyətdə meydana çıxan Ramil 90+1-ci dəqiqədə əvəzlənib.
İlk turda Çinin “Zhejyanq” klubuna 4:1 hesabı ilə qalib gələn “Buriram Yunayted” qrupda 3 xalla 3-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin