Raul yenidən “Real”da – RƏSMİ

İspaniyanın “Real” klubunun sabiq futbolçusu Raul Qonzales yenidən Madrid təmsilçisinə qayıdıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

41 yaşlı veteran hücumçu bu dəfə məşqçi kimi çalışacaq. O, “Real”ın ikinci komandası sayılan “Kastilya”ya baş məşqçi təyin edilib.

İspaniya millisinin sabiq forvardı ilə müqavillə imzalansa da, anlaşmanın detalları haqda məlumat verilməyib.

“Kastilya” B Sequndasında mübarizə aparır. Bu komandanı geridə qalan mövsümdə Manolo Dias çalışdırırdı.

Qeyd edək ki, 1994-2010-cu illərdə “Real”da çıxış edən Raul, bu komandanın heyətində müxtəlif turnirlər çərçivəsində 741 oyuna çıxıb, 323 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button