6 ayda ilk qolunu vuran futbolçu: “Mən qayıtdım”

“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya İtaliya çempionatının 6-cı turunda “Udineze” ilə oyunda (4:1) son 6 ayda vurduğu ilk qolu şərh edib.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, gürcü futbolçu komandasının qələbəsində rolu olduğu üçün xoşbəxt olduğunu bildirib:

“Əlbəttə, bu hiss üçün darıxmışdım. İstənilən futbolçu altı ay qol vurmasa, narahat olmağa başlayar. Amma mən qayıtdım. Komandanın qalib gəlməsinə kömək etdiyim üçün xoşbəxt və məmnunam. Biz başa düşürük ki, qalib gəlməyə davam etməliyik. “Udineze” ilə oyunda topa yaxşı nəzarət etdik və düşünürəm ki, qələbəyə layiq idik”.

22 yaşlı hücumçu 2023/24 mövsümündə bütün yarışlarda “Napoli”nin heyətində 6 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button