Lukakuya məsləhət: “Mançester Yunayted”dən ayrıl!

Belçika milli komandasının baş məşqçisi Roberto Martines “Mançester Yunayted”in futbolçusu Romelu Lukaku ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “İnter”ə keçidi gündəmdə olan hücumçu haqqında danışan mütəxəssis, onun “qırmızı şeytanlar”dan ayrılmasının vacib olduğunu deyib:

“Lukakunun “Mançester Yunayted”dən ayrılmasının lazım olduğu çox açıqdır. Bu ayrılıq iki tərəf üçün də yaxşı olacaq. Doğru klubu tapmaq isə Lukakunun vəzifəsidir”.

“Mançester Yunayted”lə 2022-ci ilədək müqaviləsi olan belçikalı futbolçu, son mövsümdə iştirak etdiyi 45 oyunda 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button