“Qəbələ” də başladı
“Qəbələ” yeni mövsümün hazırlığına start verib.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda bir araya gəlib.
2019/20 mövsümünə hazırlıq çərçivəsində baş tutan ilk məşq iki hissədən ibarət olub. Öncə futbolçular fiziki hazırlıq keçiblər. Ardınca komanda üzvləri meydanda məşq ediblər.
Sənan Qurbanovun rəhbərliyi altında baş tutan hazırlıqda əsasən toplu çalışmalar yerinə yetirilib. Komanda növbəti məşqini bu gün axşam saatlarında gerçəkləşdirəcək.
Xatırladaq ki, yeni mövsümə hazırlığın ilk mərhələsi iyunun 29-dək davam edəcək. Həmin gün “Qəbələ” Bakıda “Zirə” ilə yoxlama oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin