İstefa vermək fikri yoxdur – Futbolçu ilə öpüşən federasiya rəhbərinin

FİFA İspaniya Kral Futbol Federasiyasının rəhbəri Luis Rubialesin uzun müddətlik vəzifəsindən uzaqlaşdırılacağını gözləyir. Buna səbəb onun qadınların futbol üzrə dünya çempionatında 33 yaşlı oyunçu Cennifer Hermoso ilə öpüşməsi olub.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, FİFA Rubialesin 15 il ərzində çalışmaması üçün səylərini səfərbər edəcək. İspaniya prokurorluğu Luisin əməlinə qarşı cinsi zorakılıq ittihamı ilə bağlı istintaq başladıb.

Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatının qalibi ispanlar olub. Onlar həlledici mərhələdə İngiltərəni 1:0 hesabı ilə məğlub edib. Rubiales final matçından sonra Hermosonu dodaqlarından öpüb.

Federasiya rəhbəri avqustun 25-də səhvə yol verdiyini, lakin istefa vermək fikrində olmadığını da açıqlayıb. İspaniya millisinin oyunçuları onun postunu tərk etməyəcəyi halda, oynamayacaqlarını deyiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button