“Sabah”dan “Kəpəz”ə

“Kəpəz” heyətinə daha bir futbolçu qatıb.

Komanda.az xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan Şakir Seyidov icarə əsasında mövsümün sonuna kimi “Kəpəz”də çıxış edəcək.

Ampluaca yarımmüdafiəçi olan oyunçu müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarının, o cümlədən 21 yaşadək futbolçulardan ibarət millinin heyətində oynayıb.

Xatırladaq ki, paytaxt klubu Seyidovu ötən mövsüm “Turan Tovuz”a da icarəyə vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button