Qadınlar arasında dünya çempionatının qalibi məlum oldu

Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatının qalibi məlum olub.

Komanda.az xəbər verir ki, final görüşündə İspaniya və İngiltərə milliləri üz-üzə gəliblər.

Oyun birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniya yığmasına dünya çempionluğunu qazandıran yeganə qola 29-cu dəqiqədə Olqa Karmona Qarsiya imza atıb.

Mundialın bürünc medalını İsveç yığması qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button