“FİFA-da qapılar həmişə açıqdır, sadəcə, onları itələyin, açıqdır” – İnfantino
FİFA rəhbəri Canni İnfantino qadın futboluna həsr olunmuş konqresdə kişi və qadın bərabərliyi məsələsini qaldırıb.
Komanda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri, qadınlara səslənərək, onları xəyal qurmağa davam etməyə çağırıb:
“Qadınlara və kişilərə bərabər davranmağa başlamalıyıq. Mən bütün qadınlara deyirəm ki, sizdə dəyişiklik etmək gücü var. FİFA-da qapılar həmişə açıqdır, sadəcə, onları itələyin, açıqdır. Və bunu hər ölkədə milli səviyyədə, hər konfederasiyada kontinental səviyyədə edin, sadəcə itələməyə davam edin, sürətinizi azaltmayın, xəyal qurmağa davam edin. Gəlin, həqiqətən də, tam bərabərlik üçün çalışaq”.
Qadınlar arasında dünya çempionatı iyulun 20-dən avqustun 20-dək Avstraliya və Yeni Zelandiyada keçirilir. Turnirdə 32 komanda iştirak edir. Finalda İspaniya və İngiltərə milliləri oynayacaq. Qarşılaşma avqustun 20-də baş tutacaq.
Bizi Facebook-da izləyin