Fatinin ayrılmaq fikri yoxdur

Ansu Fati hələ də “Barselona”dan ayrılmaq niyyətində deyil.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, La Liqanın 1-ci turunun “Xetafe” ilə oyununda (0:0) cəmi 11 dəqiqə meydanda qaldıqdan sonra da cinah oyunçusunun gələcəklə bağlı fikirləri dəyişməyib.

Fati “Barselona”dan ayrılmaq fikrində deyil. Futbolçu mətbuatda yazılanların əksinə, agenti Jorje Mendeşdən ona yeni klub tapmasını xahiş etməyib. Ansu Fati baş məşqçi Xavini razı salmaq və onun etibarını qazanmaq üçün üzərində daha çox işləmək niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button