“Atletiko” Morata ilə razılığa gəlib

“Atletiko”nun hücumçusu Alvaro Morata klubla müqaviləni uzadacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Morata Madrid klubu ilə müqaviləni 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəlib. Müqavilə tezliklə imzalanacaq.

Hücumçu klub rəhbərliyi və baş məşqçi Dieqo Simeone ilə danışdıqdan sonra “Atletiko”da qalmağa qərar verib.

30 yaşlı futbolçu 2022/23 mövsümündə La Liqada 36 oyuna çıxıb və 13 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button