Birinci Liqa klublarının rəhbərləri ilə görüş keçirildi

Bu gün AFFA-nın inzibati binasında Birinci Liqa klublarının rəhbərləri ilə görüş keçirilib.

Komanda.az ilk dəfə geniş tərkibdə keçirilən tədbirdə əvvəlcə PFL-in idarə heyəti – prezident Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev klublarla müzakirələr aparıb.

Gündəlikdə bir sıra məsələlərə – yeni mövsümün startı, tətbiq ediləcək idman prinsipləri, legionerlə bağlı qaydalar, infrasruktur kimi mövzulara toxunulub.

Görüşün ikinci mərhələsində AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, maliyyə rəhbəri Xalid Cavadov, maliyyə meyarları üzrə baş ekspert Bəhram Dadaşov iştirak ediblər. Onlar 2024/2025-ci illər mövsümündən etibarən tətbiq ediləcək lisenziyalaşdırma qaydaları, ayrılacaq maliyyə yardımı haqqında məlumat veriblər.

Ümumilikdə 3 saata yaxın davam edən görüş səmərəli müzakirələrlə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button