Arzusu “Barselona”ya keçmək idi – Ərəblərlə danışıqlar aparır

“Atletiko”nun hücumçusu Joao Feliks Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”la danışıqlar aparır.

Komanda.az “O Jogo”-ya istinadən xəbər verir ki, müzakirələr müsbət məcrada davam edir. Hər iki klub müqavilə imzalamaqda maraqlıdır.

Futbolçu bu ilin iyulunda “Barselona”ya keçmək arzusunda olduğunu demişdi.

Feliks 2019-cu ildən “Atletiko”da çıxış edir. O, 2022/23 mövsümünün ikinci hissəsində “Çelsi”də icarə əsasında oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button