Konfrans Liqası: “Qəbələ”nin potensial rəqiblərinin duelində 2 qol
Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçilərindən “Sabah” səfərdə Latviya RFS-i ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib.
Türkiyənin “Fənərbaxça” klubu isə doğma meydanda Moldova “Zimbru”sunu sınağa çəkib. İstanbul təmsilçisi 5 cavabsız qola sevinib.
“Qəbələ”nin növbəti raunddakı potensial rəqiblərindən Danimarka “Midtyulland”ı Lüksemburqun “Proqres” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu cütün qalibi növbəti raundda “Qəbələ” – “Omoniya” (Kipr) duelinin güclüsü ilə üz-üzə gələcək.
Xatırladaq ki, bu mərhələnin ilk oyun günündə 5 görüş baş tutub. Qalan qarşılaşmalar isə sabah keçiriləcək. Konfrans Liqasındakı digər təmsilçilərimiz “Qəbələ” ilə “Neftçi” də ilk matçını sabah keçirəcək.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
26 iyul
“Struqa” (Şimali Makedoniya) – “Buduçnost” (Monteneqro) 1:0
RFS (Latviya) – “Sabah” (Azərbaycan) 0:2
“Midtyulland” (Danimarka) – “Proqres” (Lüksemburq) 2:0
ÇSKA 1948 (Bolqarıstan) – “Styaua” (Rumıniya) 0:1
“Fənərbaxça” (Türkiyə) – “Zimbru” (Moldova) 5:0
“Neman” (Belarus) – “Baltsan” (Malta) 2:0
Bizi Facebook-da izləyin