Azərbaycanlı futbolçu təklif almadı, karyerasını bitirdi

Azərbaycan millisinin keçmiş futbolçusu Elvin Məmmədov karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 2022/2023 mövsümündə “Şamaxı”nın formasını geyinən 35 yaşlı oyunçu artıq futboldan getdiyini bildirib. O, Premyer Liqa klublarından təklif almadığı üçün bu addımı atıb.

“Turan”ın yetirməsi olan Elvin Məmmədov karyerası ərzində “İnter”, “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib. O, 2008-2017-ci illərdə Azərbaycan millisinin heyətində 38 oyun keçirib, 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button