“Qarabağ”ın rəqibi Almaniya klubundan futbolçu transfer etdi
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşa çempionu “Rakuv” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən klub Almaniya “Hannover”indən hücumameyilli yarımmüdafiəçi Sonni Kitteli transfer edib.
Almaniyadan olan 30 yaşlı futbolçu Polşa çempionuna azad agent kimi qoşulub. Tərəflər 3 illik müqaviləyə imza atıblar.
“Ayntraxt”ının yetirməsi olan Kittel “İnqolştadt”da da forma geyinib. O, “Hamburq”da 140 oyunda 36 qol vurub, 40 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin