Premyer Liqa klubu 18 milyon avroya müdafiəçi aldı
İngiltərənin “Bornmut “ klubu “Alkmaar”dan müdafiəçi Miloş Kerkesi transfer edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 19 yaşlı macarıstanlı futbolçu üçün 18 milyon avro ödəyib.
Kerkes ötən mövsüm Niderland çempionatında 33 oyunda, üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin