Runi: “Qvardiola İngiltərə futboluna çox təsir göstərdi”
İngiltərə millisinin keçmiş futbolçusu Ueyn Runi “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola haqda danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin İngiltərə futboluna çox təsir göstərdiyini söyləyib:
“Mançester Siti” bütün kubokları qazanıb. Təəssüf ki, onlar artıq çempionatda dominantlıq edirlər. Qvardiola İngiltərə futboluna çox təsir göstərdi. Bu məsələ yalnız “şəhərlilər”in heyətində yox, elə İngiltərə yığmasında da özünü göstərdi. Çünki Pep gənc oyunçularla çalışdı, onların güclənməsinə şərait yaratdı. Nəticədə, onun futbolla bağlı düşüncələri ölkəmizdə geniş yayıldı”.
Mançester klubu 2022/23 mövsümünü 3 kubokla (İngiltərə Premyer Liqası, Federasiya kuboku, UEFA Çempionlar Liqası) başa vurub.
Bizi Facebook-da izləyin