MY Onananın keçidini tamamlamağa yaxındır

“Mançester Yunayted” və “İnter” nəhayət ki, kamerunlu qapıçı Andre Onananın transferi ilə bağlı razılığa gəliblər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, müqavilə 51+4 milyon avro təşkil edəcək. Klublar ötən gecə yekun razılığa gəliblər.

Bir müddət əvvəl Onana artıq “Mançester Yunayted”lə şəxsi müqavilənin şərtlərini razılaşdırmışdı.

Onun Mançester klubu ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Transferin bu gün rəsmən açıqlanmayacağı gözlənilir. Çünki klublar hələ bəzi detalları razılaşdırmalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button