“Onlara çox şey borcluyam” – Pioli
“Milan”ın çalışdırıcısı Stefano Pioli Paolo Maldininin klubdan ayrılmasına münasibət bildirib.
Komanda.az “Milan News”-a istinadən xəbər verir ki, o, italiyalı funksionerlə aralarında gözəl münasibətin olduğunu deyib:
“Onlara çox şey borcluyam. Maldini və Riki Massara ilə (“Milan”ın futbol direktoru) gözəl münasibətimiz var idi, yaxşı yola gedirdik. Bəzən mövsümün sonlarına doğru mübahisələr olsa da, hörməti hər zaman qoruyurduq”.
İtaliya A Seriyasında 2023/24 mövsümü avqustun 20-də start götürəcək. “Rossonyerlər” 2022/23 mövsümünü 4-cü pillədə başa vurub.
Maldininin klubun İdarə Heyətinin üzvlərindən biri ilə mübahisə etdiyi üçün qovulduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin