“Trabzonspor”dan Səudiyyə Ərəbistanına
“Trabzonspor” iki futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Trabzon klubu braziliyalı yarımmüdafiəçisi Flavio Medeyrosu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Taavun”a icarəyə verib.
27 yaşlı futbolçu 2024-cü ilin yayına kimi bu komandada icarədə olacaq. Ərəblər bir illik icarə üçün Trabzon klubuna 200 min dollar ödəyəcəklər.
Flavio 2020-ci ildən “Trabzonspor”da olsa da, bu komandada cəmi 33 matça çıxıb. Daha öncə “Girəsunspor”da icarədə olmuş futbolçu ötən mövsümü də icarə əsasında məhz “Əl-Taavun”da keçirib.
Müdafiəçi Taha Altıkardeş isə “Göztəpə”yə transfer olunub. 19 yaşlı futbolçu yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb. Taha 2022-ci ilin yanvarında müqavilə bağladığı Trabzon klubunda cəmi 3 matça çıxıb.
Bizi Facebook-da izləyin