“Mançester Siti”ni “Sauthempton”a dəyişə bilər

“Sauthempton” “Mançester Siti”nin yarımmüdafiəçisi Şi Çarlzı transfer etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 2022/23 mövsümündə Premyer Liqanın qalibi olan “şəhərlilər” klubun gənclərdən ibarət kollektivinin 19 yaşlı oyunçusuna görə 9 milyon funt-sterlinq tələb edə bilər.

Keçid baş tutsa, Mançester təmsilçisi futbolçunu geri qaytarmaq hüququna sahib olacaq.

Çarlz şənbə və ya bazar günü “Sauthempton”a qoşulmaq üçün tibbi müayinədən keçə bilər.

O, 2022/23 mövsümündə 26 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button