İlk dəfə legioner həyatı yaşayacaq – “Real”ın keçmiş futbolçusu
“Betis”in yarımmüdafiəçisi Serxio Kanales karyerasını Meksika çempionatında davam etdirəcək.
Komanda.az “FOX Sports”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “Monterrey” klubu ilə müqavilə imzalayacaq.
Kanales karyerası ərzində yalnız İspaniyada çıxış edib. O, “Rasinq”, “Real”, “Valensiya”, “Real Sosyedad” kimi klublarda forma geyinib.
İspaniyalı futbolçu 2022/23 mövsümündə “Betis”in heyətində bütün turnirlər daxil olmaqla 42 oyuna çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin