Ucuz qiymətə qapıçı axtarırlar

“Mançester Yunayted” qapıçı mövqeyini gücləndirmək məqsədiylə alternativ variantları nəzərdən keçirir.

Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas hədəfi “İnter”in qapıçısı Andre Onanadır. İtaliya klubu kamerunlu qolkiper üçün 50-55 milyon avro tələb edir.

Mançester təmsilçisi isə daha ucuz qapıçı axtarışındadır. Buna görə də, Premyer Liqa klubu Castin Beylo (“Feyenoord”) və Kevin Trappla (“Ayntraxt”) maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button