“Mançester Siti” 2 futbolçusu ilə vidalaşa bilər

“Mançester Siti” yay transfer pəncərəsində iki futbolçusunu satmaqla bağlı qərar verib.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, “şəhərlilər” yarımmüdafiəçi Bernardo Silva və müdafiəçi Emerik Laportla yollarını ayırmağa hazırdır.

Səudiyyə Ərəbistanının bir neçə klubu və İspaniya “Barselona”sı Silva ilə maraqlanır. Portuqaliya millisinin üzvünün “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilə qədərdir. O, 2022/23 mövsümündə Mançester təmsilçisinin heyətində 55 oyunda yeddi qol vurub və səkkiz məhsuldar ötürmə edib.

Mançester təmsilçisi 2022/23 mövsümündə İngiltərə Premyer Liqasının, Federasiya kubokunun və Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button