“Barselona”nın prezidenti təsdiqlədi: Ardanı istəyirlər
“Barselona”nın prezidenti Xuan Laporta “Fənərbaxça”nın futbolçusu Arda Gülərlə danışıqlar apardıqlarını təsdiqləyib.
Komanda.az “Tv3”-ə istinadən xəbər verir ki, o, türkiyəli futbolçunu heyətdə görmək istədiklərini söyləyib:
“Deko (“Barselona” prezidentinin müşaviri) hazırda Ardanı heyətə cəlb etmək üçün işlər görür. Skautlarımız uzun müddətdir ki, onun oyununu izləyirlər. Deko da bu haqda fikir bildirə bilər. Onu heyətimizdə görmək istəyirik”.
Türkiyə millisinin üzvü İstanbul təmsilçisinin yetirməsidir. O, 2022/23 mövsümündə 35 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin