Azərbaycan çempionatları tarixinin 7-cisi
Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün bombardirləri Ramil Şeydayev və Musa Qurbanlı “Qarabağ”ın 43 qoluna imza atıb.
Komanda.az xəbər verir ki, onlar müvafiq olaraq 22 və 21 dəfə rəqib qapısına yol tapıblar.
Bu, bir komandada çıxış edən hücum cütlükləri arasında Azərbaycan çempionatları tarixinin 7-ci göstəricisidir. Mütləq rekord “Neftçi”nin 1992-ci ildəki tandeminin hesabındadır. Həmin vaxt Samir Ələkbərov 36, Yunis Hüseynov 29 dəfə fərqlənib. Cütlük ümumilikdə 65 qol vurub.
1. “Neftçi”, 1992 – 65 qol (Samir Ələkbərov (36), Yunis Hüseynov (29))
2. “Neftçi”, 1996/97 – 59 qol (Qurban Qurbanov (34), Samir Ələkbərov (25))
3. “Xəzər” (Sumqayıt), 1992 – 57 qol (Nazim Əliyev (39), Azər İsayev (18))
4-5. “Kəpəz”, 1993/94 – 46 qol (Fazil Pərvərov (27), İmamyar Süleymanov (19))
“Kəpəz”, 1995/96 – 46 qol (Fazil Pərvərov (23), Rövşən Əhmədov (23))
6. “Turan”, 1993/94 – 44 qol (Musa Qurbanov (35), Qurban Qurbanov (9))
7. “Qarabağ”, 2022/23 – 43 qol (Ramil Şeydayev (22), Musa Qurbanlı (21))
8. “Kəpəz”, 1992 – 42 qol (Mehman Allahverdiyev (30), Ceyhun Tanrıverdiyev (12))
Bizi Facebook-da izləyin