Türkiyə klubunda legioner hesab olunmayacaq – Azərbaycanlı futbolçu
2023/2024 mövsümündə azərbaycanlı bir futbolçu Türkiyə Super Liqasında çıxış edən komandada legioner hesab olunmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar qəbul edib.
Qərarda bildirilib ki, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və ya Türkmənistandan olan bir oyunçu hansısa klubda legioner sayılmayacaq.
Super Liqada yeni mövsüm avqustun 11-də başlayacaq. Daha əvvəl Super Liqa klublarına 14 legionerlə çıxış etməyə icazə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin