“Mançester Siti” finalda ciddi itki ilə üzləşdi

İngiltərənin “Mançester Siti” klubu İtaliya “İnter”inə qarşı UEFA Çempionlar Liqasının final oyununda ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Bruyne zədələnib.

Əzələsi dartılan belçikalı futbolçu 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.

Hazırda ikinci hissəsi oynanılan matçda hesab açılmayıb.

Xatırladaq ki, Kevin De Bruyne 2 il öncə “Çelsi”yə qarşı keçirdikləri Çempionlar Liqasının final matçında da zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi. O zaman belçikalı futbolçunun komandası 0:1 hesabıyla uduzaraq ikinci yerlə kifayətlənmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button