“Sabah” “Şaxtyor”la danışıq aparır – AÇIQLAMA
“Sabah”ın ukraynalı legioneri Aleksey Kaşukun paytaxt klubu ilə sözləşməsi sona çatıb. Onun komandada qalıb-qalmayacağı hələ də sual altındadır.
Futbolçunun gələcək taleyi ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. O, Komanda.az-a açıqlamasında, oyunçunun müqavilə ilə məxsus olduğu “Şaxtyor”la (Donetsk) “Sabah” rəhbərliyinin ünsiyyətdə olduğunu bildirib:
“Kaşukun “Sabah”la icarə müqaviləsi mövsümün sonunda başa çatıb. Növbəti mövsümdə komandamızda olub-olmayacağı ilə bağlı məsələ hələ ki, açıq qalır. Klub rəhbərliyi onun keçidi ilə bağlı futbolçunun müqaviləylə məxsus olduğu “Şaxtyor”la daim ünsiyyətdədir. Ancaq bu istiqamətdə hələ ki, hansısa yenilik yoxdur”.
Kaşuk 2022/23 mövsümündə “Sabah”ın heyətində bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin