Konte İkardiylə bağlı qərarını verdi
İtaliyanın “İnter” klubunun yeni baş məşqçisi Antonio Konte komandadakı gələcəyi müzakirə olunan Mauro İkardi ilə bağlı qərarını verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu “neradzurra”dan ayrılmaq istəmədiyini bildirsə də, o, Kontenin yeni mövsüm üçün planlarına daxil deyil. İkardiyə güvənməyən yeni baş məşqçinin futbolçunun satılmasını istədiyi bildirilir.
İkardi bir müddət əvvəl verdiyi açıqlamada, “İnter”də qalmaq istədiyini və bu fikrini klub rəhbərliyinə bildirdiyini demişdi.
Bundan başqa, “İnter”in “Mançester Yunayted”in belçikalı hücumçusu Romelu Lukakunu transfer etməyə yaxın olduğu bildirilir.
“İnter”lə 2021-ci ilədək müqaviləsi olan argentinalı futbolçu, son mövsümdə iştirak etdiyi 37 oyunda 17 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. İkardi ilə “Yuventus”un yaxından maraqlandığı deyilir.
Bizi Facebook-da izləyin