Şeydayevdən “Qarabağ”la bağlı vida paylaşımı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Qarabağ”la vidalaşıb.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında.

“Qarabağ”a birlikdə keçirdiyimiz vaxta görə öz təşəkkürümü bildirmək istərdim. Belə bir böyük ailənin üzvü olduğum üçün xoşbəxt idim. Həm yaxşı, həm də çətin vaxtlarda mənə və komandaya dəstək göstərən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bütün klub üzvlərinə isə qeydimə qaldıqlarına və hər zaman kömək etdiklərinə görə təşəkkür edirəm. Gözəl günlər yaşadıq. Sizə hər bir məqama görə dönə-dönə “çox sağ olun” deyirəm. Sizin üçün olduqca çox darıxacağam”.

Xatırladaq ki, bir neçə gün öncə “Qarabağ”la yollarını ayıran Şeydayev karyerasını Tailandın “Buriram Yunayted” klubunda davam etdirə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button