Türkiyəli hücumçu karyerasını başa vurdu
Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaz peşəkar karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, 37 yaşlı hücumçu qərarını keçirdiyi mətbuat konfransında açıqlayıb.
Burak Yılmaz karyerası ərzində ölkəsinin “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray”, “Trabzonspor”, “Əskişəhərspor”, “Manisaspor”, “Antalyaspor”, Çinin “Beytsin Qoan”, Fransanın “Lill” və Niderlandın “Fortuna Sittard” klublarında çıxış edib. Türkiyə yığmasında 77 oyun keçirən keçmiş futbolçu 31 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin