“Milan” keçmiş futbolçusunu qaytarmaq istəyir
Stefan El Şaaravi 2011-2015-ci illərdə çıxış etdiyi “Milan”a qayıda bilər.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Milan klubu iyunun 30-da azad agentə çevriləcək “Roma”nın 30 yaşlı cinah oyunçusunu transfer etməyi düşünür.
El Şaaravi “Milan”da Divok Origi və Ante Rebiçin gedişiylə Rafael Leao ilə birgə hücum tandemi təşkil edə bilər.
Misir əsilli italiyalı futbolçu bu mövsüm A Seriyasında 27 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin