Obradoviç: “Yaxşı oynayan hər zaman qalib gəlmir, düzgün yoldayıq”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə qarşı keçirilən səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, serbiyalı məşqçi 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:

“Rəqibin bizə qarşı necə oynayacağını bilirdik. Gözlədiyimiz kimi, 10 nəfərlər müdafiə olunurdular. Təəssüf ki, oyun ərzində buraxdığımız bir səhvə görə məğlub olduq. Cinahlardan oyun quraraq rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. Ustalıq səviyyəsinin çatışmaması özünü göstərdi. Yəqin ki, bu da futbolçuların qələbə qazanmaq istəklərinin çox olması ilə əlaqədardır. Təbii ki, bu cür nəticə gözləmirdim.

Futbolçulara deyəcək sözüm yoxdur. Onlar bütün bacarıqlarının maksimum yerinə yetirdilər. Futbol elə bir oyundu ki, yaxşı oynayan hər zaman qalib gəlmir. Təəssüf ki, xal qazana bilmədik. Xal isə həmişə lazımdı. Bilirəm ki, düzgün yoldayıq. Çox yaxşı təlim-məşq toplanışı keçirdik. Futbolçulara görə çox təəssüflənirəm. Oyun ərzində bir neçə qol imkanı yaratdıq, ancaq istifadə edə bilmədik. Bu oyun bizim üçün bir dərs olacaq.

Bu məğlubiyyətin məsuliyyəti mənim üzərimdədi. Komanda uduzanda günahkar mənəm. Komanda qalib gələndə bu, futbolçuların qələbəsidi. İstərdim ki, komanda olaraq – həm biz məşqçilər, həm də futbolçular bu məğlubiyyətdən nəticə çıxaraq. Növbəti oyunlara daha yaxşı hazırlaşmalıyıq, daha çox çalışmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button