İtaliya yığmasının sabiq üzvü üçün 500 min avro ödədilər
“Salernitana” bu mövsümün əvvəlində “Sampdoriya”dan icarəyə götürdüyü Antonio Kandrevanı heyətində saxlamağa qərar verib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi 36 yaşlı futbolçunun transfer hüquqlarını alıb.
“Salernitana” onun birdəfəlik transferi üçün “Sampdoriya”ya 500 min avro ödəyib.
Kandreva mövsümün əvvəlindən bəri “Salernitana”da 32 oyuna çıxıb və 5 qol vurub.
“Sampdoriya”nın bu ilin yanvarında “Empoli”yə icarəyə verdiyi hücumçu Françesko Kaputo da geri qayıtmayacaq. O da indiki klubunda qalmağa qərar verib. “Empoli”nin 35 yaşlı forvardın birdəfəlik transferi üçün nə qədər ödədiyi açıqlanmır.
Published in Dünya futbolu,
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin