Azərbaycan Şahmat Federasiyasının nizamnaməsində dəyişikliklər edilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat konfransı keçirilib.

AŞF-dən Komanda.az-a verilən məlumata görə, konfransa qurumun prezidenti Mahir Məmmədov rəhbərlik edib.

O, 2022-ci ilin yekunları barədə məruzə ilə çıxış edib, ötən ilin nəticələrini xatırladıb. Ardınca ötən ilin yekunlarına həsr olunan qısa film nümayiş olunub.

İclasda Azərbaycan Şahmat Federasiyasının üzvlüyünə yeni şəxslər qəbul edilib. Üzvlük kriteriyalarına əlavələr edilib. 2022-ci ilin və cari təqvim ilinin büdcəsi barədə konfrans iştirakçılarına məlumat verilib.

Konfransda AŞF-in nizamnaməsinin bəzi bəndlərinə dəyişikliklər, İcraiyyə Komitəsinin (İK) üzvlərinin sayının artırılması və yeni üzvlərin seçilməsi məsələlərinə baxılıb.

Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev səsvermə ilə İK-nin yeni üzvləri kimi təsdiqləniblər.

Azərbaycan Şahmat Federasiyasının İntizam Komissiyası formalaşdırılıb. İlqar Xələfovla Ələmdar Məmmədov komissiyaya üzv, Elçin Məmmədov sədr seçilib.

Federasiyanın Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Qadın və Sosial məsələlər, Regional İnkişaf Komissiyalarının hesabatı dinlənilib.

Hesabat konfransından sonra Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button