“Nə üçün belə olduğunu bilmirəm” – “Arsenal”ın kapitanı

“Arsenal”ın kapitanı Martin Odeqard İngiltərə Premyer Liqasının 36-cı turunun “Brayton”la görüşü haqda (0:3) danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, “topçular”ın azarkeşlərindən söz açıb və məyus olduqlarını dilə gətirib:

“Gəlin, realist olaq: bundan sonra hər şey çətin olacaq. Qarşıdakı turlarda “Mançester Siti”nin səhv edəcəyini düşünmürəm. Özümüzü oyunlara kökləməli, mövsümü yaxşı başa vurmalıyıq. Məncə, hamı, xüsusilə də, azarkeşlər buna layiqdir.

İlk hissədə yaxşı oynadıq. Rəqibə yüksək təzyiq göstərdik, bir neçə qol epizodumuz oldu. Fasilədən sonra sanki oyun dəyişdi. Hər şey rəqib üçün daha asan oldu. Nə üçün belə olduğunu bilmirəm. Heç bir versiyasım yoxdur. Meydanda çox şey etdik. Məyusuq, bu, yaxşı əlamətdir. Böyüməyə və inkişaf etməyə davam etməliyik”.

Paytaxt təmsilçisi hazırda İngiltərə çempionatının turnir cədvəlində 81 xalla ikinci, “Brayton” isə 58 xalla altıncı pillədə yer alır. Lider isə “Mançester Siti”dir – 85 xal.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button