“Əl-Hilal”ın prezidenti: “Mənə Messi haqqında sual verməyin”

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun prezidenti Lionel Messinin komandaya mümkün keçidi ilə bağlı şərh verməkdən imtina edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, klub prezidenti Fəhd bin Nafelə Messi barədə “Əl-Hilal”ın Kral kubokunda qalib gəlməsindən sonra sual verilib:

“Mənə Messi haqqında sual verməyin. Sizə heç nə deməyəcəm. Mətbuat xidməti açıqlama yaysa, görərsiz.

Mənim üçün komanda oyunçudan daha önəmlidir. Komandamıza gələn hər bir ulduz bilməlidir ki, “Əl Hilal” böyük klubdur. Məqsədimiz komandanı daha yaxşı etməkdir. Diqqətinizi bir nəfərə yönəltsəz, komandanı itirəcəksiz”.

Hazırda PSJ-də forma geyinən Messinin daha əvvəl “Əl-Hilal”dan rəsmi təklif aldığı bildirilirdi. Deyilənə görə, Səudiyyə Ərəbistanında argentinalı hücumçuya ildə 500 milyon avrodan çox pul təklif olunub və Messi keçidə şifahi razılıq verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button