İngiltərədən getmək niyyəti yoxdur

İcarə əsasında “Çelsi”də çıxış edən hücumçu Joao Feliks növbəti mövsüm də İngiltərə Premyer Liqasında oynamaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu, eyni zamanda, Çempionlar Liqasında çıxış edən klubda forma geyinmək istəyir.

O, mövsümöncəsi təlim-məşq toplanışını müqavilə ilə məxsus olduğu “Atletiko”da keçirə bilər. Buna səbəb, agentinin hələ ki, onun üçün uyğun variant tapa bilməməsidir.

İngiltərə təmsilçisi portuqaliyalı oyunçunu qış transfer pəncərəsində “Atletiko”dan cari mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb. Futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button