AFFA 3 klubu cərimə etdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 33-cü turunun “Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi” klubu 800 manat cərimə edilib.
Premyer Liqanın 33-cü turunun “Qarabağ” – “Qəbələ” oyunu başa çatdıqndan sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin