“Trabzonspor”da ayrılıq
“Trabzonspor” yarımmüdafiəçisi Naci Ünüvarla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Naci bu mövsümün əvvəlində Niderland “Ayaks”ından icarə əsasında “Trabzonspor”a keçmişdi.
Gənc futbolçu Trabzon klubunda cəmi 12 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin