Messinin anlaşdığı deyilən klubun baş məşqçisindən açıqlama
“Əl-Hilal”ın baş məşqçisi Ramon Dias Lionel Messinin Səudiyyə Ərəbistanı klubuna mümkün keçidi ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda diqqətlərini Səudiyyə Ərəbistanı kubokunun final matçına yönəltdiklərini vurğulayıb:
“Hazırda diqqətimizi ölkə kubokunun final matçına yönəltmişik. Həmin qarşılaşmadan sonra nələrin olacağını görəcəyik”.
“Əl-Hilal” həlledici oyunda “Əl-Vəhda” ilə qarşılaşacaq. Matç mayın 12-də keçiriləcək.
Xatırladaq ki, yayılan xəbərlərə görə, argentinalı forvardın “Əl-Hilal”la anlaşdığı bildirilir. Messinin yeni klubunda illik məvacibinin 400 milyon avro olacağı deyilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin