“Neftçi” ilk transferini rəsmiləşdirdi – VİDEO
“Neftçi” mövsümlərarası dönəmdə ilk transferini həyata keçirib.
Komanda.az xəbər verir ki, paytaxt klubu “Qəbələ”dən ayrılan serbiyalı futbolçu Voyislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlayıb. 31 yaşlı müdafiəçi yeni komandasının heyətində 6 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Qəbələ” (2015-2019) olan Stankoviç Serbiyanın “Dinamo” (Vranye, 2006-2008), OFK (2008-2009), “Partizan” (2009-2015) və Azərbaycanın “İnter” (2015-2016) komandalarında çıxış edib. Serbiya çempionatının (2010, 2011, 2012, 2013), kubokunun (2011) və Azərbaycan kubokunun (2019) qalibi olan futbolçu 2010-cu ildə Serbiya milli komandasında 1 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin