Dünyanın ən yaxşısı odur – Rednappa görə

“Tottenhem”in keçmiş baş məşqçisi Harri Rednapp “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne haqda danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, belçikalı futbolçunu ən yaxşı adlandırıb:

“Mən heç kimin De Bruyne qədər topla gözəl rəftar etdiyini görməmişəm. Futbol zəkası, boş mövqeləri görə bilməsi və həddindən artıq dəqiq ötürmələr verməsi… Öncədən bunları görə bilməmişdim.

O, topa əla nəzarət edir, gözəl qollar vurur. Mənə görə, De Bruyne ən yaxşıdır. Bütün güclü yarımmüdafiəçilərdə fərqli keyfiyyətlər var, amma sadaladıqlarımın hamısı Kevində cəmlənib.

Mənim siyahımda o, futbol zəkasına görə bir nömrədir. Hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisidir”.

31 yaşlı futbolçu cari mövsümdə “şəhərlilər”in heyətində 42 oyuna çıxıb, 9 qol vurub və 27 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button