Şahmat tacı uğrunda görüşdə növbəti “sülh”
Rusiyalı Yan Nepomnyaşi ilə çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş keçirilib.
Komanda.az xəbər verir ki, 13-cü qarşılaşma heç-heçə yekunlaşıb.
Hazırda hesab bərabərdir – 6,5:6,5. Bu, ümumilikdə “sülh”lə başa çatan 7-ci dueldir.
Tərəflər arasında sonuncu görüş aprelin 28-də keçiriləcək. Bu dəfə də qalib müəyyənləşməsə, aprelin 30-da tay-breyk oynanılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin