Tuxel onu “Bayern”də görmək istəyir

“Bayern”in baş məşqçisi Tomas Tuxel “Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiçi komandasında görmək istəyir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Tuxel xorvatı “Bayern”in yarımmüdafiəsini gücləndirməyə qadir oyunçu kimi görür.

Kovaçiçin “zadəganlar”la müqaviləsi 2024-cü ilə qədərdir. Rəhbərlik onu yay pəncərəsində buraxmağa hazırdır.

Kovaçiç 2018-ci ildən “Çelsi”də çıxış edir. O, cari mövsümdə 33 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button