Almanların “radar”ındadır
“Borussiya” (Dortmund) “Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaheri transfer etməyi düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bundesliqa klubu hazırda bununla bağlı danışıqlara başlamayıb. Onlar 23 yaşlı futbolçunun oyununu izləyir.
Qallaherin “zadəganlar”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
O, cari mövsümdə London təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin