Türkiyəli futbolçu İspaniya nəhənginə keçir
“Lester”in müdafiəçisi Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Atletiko”ya azad agent kimi keçəcək. Onunla 2027-ci ilin yayına qədər sözləşmə imzalanacaq.
Türkiyə millisinin üzvü 2022/23 mövsümündə “Lester”in heyətində altı oyuna çıxıb və iki dəfə sarı vərəqə ilə cəzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin