Runi: “İndi Haland – Mbappe dövrü başlayıb”

“Mançester Yunayted”in keçmiş futbolçusu Ueyn Runi futbolda baş verən nəsil dəyişikliyi haqda danışıb.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, o, Erlinq Halandın istedadlı olduğunu dilə gətirib:

“Uzun müddətdir Lionel Messi – Kriştiano Ronaldo dövrünə şahidlik edirik. İndi Haland – Mbappe dövrü başlayıb.

Haland – əsl istedaddır. Hətta onun performansını “Mançester Siti” forması ilə görməkdən də həzz almalısan. Futbol dünyasına gələn nadir ölümcül zərbələrə malik futbolçulardandır”.

“Mançester Siti”nin formasını geyinən 22 yaşlı Erlinq Haland cari mövsümdə 42 oyuna çıxıb, 48 qol vurub və 6 məhsuldar ötürmə edib.

24 yaşlı Kilian Mbappe isə PSJ-nin heyətində 37 oyuna çıxıb, 34 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button